“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 516A nömrəli estakadayanı meydançadan qazılmış 2248 nömrəli quyu istismara verilib.
1news.az-ın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın X horizontuna qazılan quyu qazlift üsulu ilə məhsul verib, 615-605 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
1news.az
638