Qurban bayramı ilə əlaqədar Gürcüstanda müsəlman hərbçilərə iki gün istirahət verilib
Qurban bayramı ilə əlaqədar Gürcüstan Ordusunda xidmət edən müsəlman hərbçilərə iki günlük istirahət verilib.
1news.az xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Bekler Kamaşidze məlumat verib.
Müfti bildirib ki, hərbçilərə istirahət verilməsi təşəbbüsü Gürcüstanın Baş naziri tərəfindən irəli sürülüb:
“Baş nazir Giorgi Kvirikaşvili Qurban bayramı münasibətilə İslam dininə etiqad edən hərbçilərin iki gün müddətinə xidmətdən azad edilməsi barədə Müdafiə Nazirliyi qarşısında məsələ qaldırıb. Nazirlik bu təşəbbüsü müsbət qarşılayıb və Gürcüstanın müdafiə nazirinin əmri ilə bütün müsəlman əsgərlər iki günlüyünə hərbi xidmətdən azad olunublar”, - deyə Kamaşidze vurğulayıb.
1news.az
802