Bu telefon 19 milyard ziyan vurdu – FOTO | 1news.az | Xəbərlər
Dünya

Bu telefon 19 milyard ziyan vurdu – FOTO

20:47 - 13 / 09 / 2016
Bu telefon 19 milyard ziyan vurdu – FOTO

“Galaxy Note 7” smartfonu “Samsung” şirkətinə həm müştəri məmnuniyyəti, həm də hissə dəyərlərində böyük bir zərbə vurub.

1news.az Technote-yə istinadən xəbər verir ki, “Samsung”un bir telefonun ən önəmli təchizat hissələrindən olan batareyada etmiş olduğu istehsal səhvi çox ağır nəticələrə səbəb olub.

Son açıqlanan hesabata görə, 2012-ci ildən sonra ilk dəfə “Samsung”un hissə sənədləri bir gündə 7,6 % dəyər itirib. Bu isə 19 milyard dollara bərabərdir.

Qeyd edək ki, “Samsung” bir neçə gün əvvəl “Galaxy Note 7” almış bütün müştərilərinə xəbərdarlıq etmiş və yeni bir batareya üzərində işlərə başladıqlarını da açıqlamışdı.

1news.az

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər