AZAL “Samsung Galaxy Note 7” smartfonu ilə səyahət edən sərnişinlərə xəbərdarlıq edib
“Azərbaycan Hava Yolları” (AZAL) sərnişinlərdən uçuş zamanı “Samsung Galaxy Note 7” smartfonu ilə səyahət edən sərnişinlərə müraciət edib.
1news.az-ın məlumatına görə, AZAL müraciətində Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən sərnişinlərdən “Samsung Galaxy Note 7” smartfonlarından istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.
Bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.
“Məhdudiyyətlər “Samsung Galaxy Note 7” smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə “Samsung” şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.
“Samsung Galaxy Note 7” smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər”- deyə, AZAL-dan bildiriblər.
1news.az