Pakistanda iki qatar toqquşub: 4 nəfər ölüb, 150 nəfər xəsarət alıb
![Pakistanda iki qatar toqquşub: 4 nəfər ölüb, 150 nəfər xəsarət alıb](/images/articles/2016/09/15/thumb_20160915102437028.jpg?2021-02-17+09%3A23%3A32)
Pakistanın Multan şəhəri yaxınlığında sərnişin və yük qatarının toqquşması nəticəsində 4 nəfər həlak olub, 150 nəfər yaralanıb.
Məlumata görə, hadisəyə səbəb Peşəvərdən Kəraçiyə gedən sərnişin qatarının cədvəldən kənara çıxmasıdır. Nəticədə sərnişin qatarının 4 vaqonu relsdən çıxaraq aşıb. Yaralılar Multan şəhər xəstəxanasına yerləşdiriliblər.
Polis qəzanın digər təfərrüatlarını araşdırır.
TASS
549