Möhsün Pakayin: “İran idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır” | 1news.az | Xəbərlər
Siyasət

Möhsün Pakayin: “İran idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır”

14:48 - 16 / 09 / 2016
Möhsün Pakayin: “İran idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır”

İranda ermənilərin idman olimpiadasının keçirilməsinin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “nümayəndələrinin” bu yarışlarda iştirak etməsi barədə xəbərlərin yayılmasının ardından İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuata açıqlama verib. 

1news.az-ın verdiyi məlumata əsasən, açıqlamada deyilir:

“İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir. Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət etmişdir və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməmişdir. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılşadırılmadan həyata keçirilmişdir. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak etmişlər”.

Qeyd edək ki, sentyabrın 13-ü İranın paytaxtı Tehranda yerləşən "Ararat" klubunda 48-ci Erməni Olimpiadasının açılışı keçirilib.

Açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi arxiyepiskop Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, İranın Ermənistandakı səfiri və Ermənistanın tanınmış atletləri iştirak ediblər.

İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi və İran prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi də tədbir iştirakçıları arasında olub.

10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstandan olan 800 erməni atlet 9 idman növü üzrə yarışacaq.

Rəsmi məlumatlarda qeyd edilməsə də, olimpiadada qondarma Dağlıq Qarabağ Respublikası da təmsil olunub. Bunu açılış zamanı çəkilmiş fotoşəkillər sübut edir. Belə ki, fotoşəkillərdə erməni idmançıların geyimlərinin üzərində "Artsax" yazısı və separatçı rejimin bayrağının əksini aydın görmək mümkündür.

Mövzu ilə əlaqədar oxuyun:

XİN: Azərbaycanın separatçı ermənilərin Tehranda keçirilən idman yarışında iştirakı ilə bağlı mövqeyi İran tərəfinə çatdırılacaq – FOTO

1news.az

 

Paylaş:
683

Son xəbərlər

DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00
Bütün xəbərlər