Dollar və avro yenə ucuzlaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dollar və avro yenə ucuzlaşdı

10:15 - 19 / 09 / 2016
Dollar və avro yenə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

1news.az xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 16-sı ilə müqayisədə 0,03% ucuzlaşaraq 1,6370 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,67% zəifləyərək 1,8281 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,4% azalaraq 0,0252 manat səviyyəsinə düşüb.

Türkiyə lirəsinin məzənnəsi 0,31% azalaraq 0,5499 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1343 manatdır. Beləliklə, funt sterlinq 1,51%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,07% bahalaşaraq 0,7094 manat təşkil edib.

19.09.2016 tarixdən etibarən
Valyuta Kod Kurs  
1 ABŞ dolları USD 1.637
1 Avro EUR 1.8281
1 Avstraliya dolları AUD 1.233
1 Argentina pesosu ARS 0.1082
1 Belarus rublu BYN 0.8384
1 Braziliya rialı BRL 0.5011
1 BƏƏ dirhəmi AED 0.4457
1 Cənubi Afrika randı ZAR 0.1158
Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər