Ərdoğan: “BMT-də islahatların aparılmasının vaxtı çatıb” | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “BMT-də islahatların aparılmasının vaxtı çatıb”

09:18 - 21 / 09 / 2016
Ərdoğan: “BMT-də islahatların aparılmasının vaxtı çatıb”

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı təşkilatda, xüsusilə, təhlükəsizliyin təminatına dair qərarların qəbulu sahəsində islahatların keçirilməsinin vacibliyini qeyd edib.

1news.az APA-ya istinadən xəbər verir ki, Ərdoğan BMT-də islahatların aparılmasının vaxtı çatdığını və bu baxımdan baş katib Pan Qi Mun tərəfindən bundan əvvəl irəli sürülən təşəbbüslərin çox mühüm olduğunu söyləyib:

“İlk növbədə təhlükəsizliyin qorunması sahəsində qərarların qəbulu sistemində islahatlar keçirilməlidir. BMT TŞ-nin beş daimi üzvü təklikdə bu cür qərarlar verə bilmir”, - deyə Ərdoğan bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, “Ərəfat qalxanı” əməliyyatının məqsədi Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasıdır.

1news.az

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər