Türkiyədə məktəb önündə atışma baş verib
Türkiyənin Ümraniyə bölgəsində şagirdləri məktəbə daşıyan xidməti sürücü naməlum şəxslər tərəfindən atəşə tutulub.
1news.az-ın Miliyyet-ə istinadən verdiyi məlumatına əsasən, hadisə səhər radələrində məktəbin önündə baş verib.
Atalay Ağrı adlı sürücü şagirdləri məktəbə gətirdikən sonra məktəbin önünə nömrələri qeydə alınmayan avtomobil yaxınlaşıb.
Avtomobildən çıxan bir şəxs A.Ağrıya odlu silahdan atəş açaraq onu ayağından yaralayıb.
Bu hadsiə uşaqların və müəllimlərin gözü qarşısında baş verib.
Atəş səslərindən qorxan şagirdlər məktəbin həyətinə qaçaraq gizləniblər.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlib.
Hal-hazırda cinayətkarların axtarışı həyata keçirilir.
1news.az
1230