Ərdoğan ABŞ-ı etibarsız müttəfiq olmaqda günahlandırdı
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının təşkil etdiyi tədbirdə iştirak etmək üçün Nyu Yorka səfər edib. Səfər çərçivəsində Ərdoğan Bloomberg-in xəbərlər proqramının baş redaktoru Con Miklesveytə (John Micklethwait) müsahibə verib.
Həmin müsahibənin tərcüməsini ixtisarlarla diqqətinizə çatdırırıq:
- ABŞ-ın hərbi çevrilişə cəhddə iştirakına inanırsınızmı?
- Bizim üçün çevrilişdən sonrakı müddət vacibdir. Xalq bunu deyir: “Referenduma getsək, desək ki, bunu kim etdi? FETÖ. FETÖ haradadır? ABŞ-da. 13 ildir ki, buradadır". Mən 13 il öncə belə bir terror təşkilatının olduğunu bildirmişdim. İndi isə bu terror təşkilatı ilə bağlı 85 qovluqdan ibarət sənədləri ABŞ-a göndərmişik. Bu adam Amerikada Green Card verilərək yaşayır. Bu, təxirə salına bilməzmi?
- Türkiyənin müttəfiqinin Türkiyəyə qarşı davaranışı?
- Bu günə qədər belədir. Baş Qərargah rəisimiz bildirir ki, hadisənin başı ABŞ-dadır. Biz lazımi sənədləri göndərdik. ABŞ 10 terrorçunu həbs edin göndərin, dedi. Biz isə 9-nu həbs etdik. Strateji cəhətdən ortağıq, NATO-da bərabərik, amma qərarları məhkəmə verəcək deyilir. Lakin biz ABŞ-ın məhkəmə qərarını gözləyə bilmərik. Belə ki, çevriliş Amerikada deyil, Türkiyədə baş verib.
- Türk ordusu Suriyaya daxil oldu. ABŞ Rusiya ilə barışığı dəstəkləyir. Siz bu planın pozulmasında kimi günahkarlandırırsınız?
- Hazırda Türkiyə Suriyaya ABŞ və Rusiyadan daha yaxındır. Bizim Suriya ilə sərhədimiz 911 kilometrdir. Türkiyənin Suriya sərhədində yaşayan vətəndaşlarımız qohumluq əlaqələri də var. İraqda da vəziyyət qarışıqdır. Əsas məqsəd İŞİD-i çökdürməkdir. Amerikaya deyirik ki, bu problem PYD və YPG ilə, yəni terror terrorla həll edilə bilməz.
- ABŞ Müdafiə Nazirliyi YPG-yə dəstəkdən bəhs edirdi. Bu istiqamətdə narahatlıqlar varmı?
- İŞİD-də döyüşənlər terrorçu deyilsə, o zaman Əl Nusra da terror təşkilatı deyil. PYD və YPG PKK-nın digər qollardır. Bu təşkilatlar ölkəmiz üçün təhlükə mənbəyidir. Bunlara silah göndərərək gələcəyimizə qarşı təhlükəni gücləndirirsiniz. Qazinatepdə 56 türk vətəndaşı İŞİD tərəfindən qətlə yetirildikdən sonra dedik ki, artıq yetər. Cerablusa, Raiyə daxil olduq. Suriya xalqı ilə birlikdə addım atdıq və bunu davam edəcəyik.
- Rusiya və ABŞ-la bağlı hansı tərəfi günahlandırırsınız?
- Birləşmiş Millətlər Təşkilatının maşın karvanının bombalanması ilə bağlı Amerika, Rusiya ilə bağlı bir sıra fikirlər söylənilir.
- Donald Tramp İstanbulda bir bina tikdirib. Bu haqda nə düşünürsünüz?
- Mən Amerika xalqının iradəsinə hörmətsizlik edə bilmərəm. Tramp lazımsız ifadələr istifadə edibsə bunu yenə də ABŞ xalqı qiymətləndirməlidir.
- Seçkilərdə Tramp qazanarsa həmin bina qalacaqmı?
- Həmin şirkət Trampla görüşərək müqavilə imzalayıb. Lakin müqavilə tam düzgün formada imzalanmayıb. Bu problemi qarşılıqlı anlaşma ilə həll etməyə çalışacaqlar. 14 ildir ki, vəzifədəyəm. Bu illər ərzində çumhuriyyətçilərlə də, demokratlarla da, eləcə də Buş və Obama ilə çalışdım. ABŞ-la Türkiyəni münasibətlərinin pozulması məsələsi müzakirə mövzusu ola bilməz.
- Türkiyədə iyulda baş verən hərbi çevrilişdən sonra 120 jurnalist həbs edilib. Bu məsələyə necə aydınlıq gətirə bilərsiniz?
- Bu rəqəmlər düzgün deyil. ABŞ media nümayndələrini həbs edərsə bu zaman Amerikanın məhkəmə sistemini günahlandıra bilmərik. Belə ki, jurnalistlər də səhv edə bilərlər. Əgər siyasətçi işlədiyi günahın cəzasını çəkirsə, nə üçün jurnalistlər çəkməsin? Cəzanı isə mən deyil, məhkəmə verir. Hərbi çevriliş zamanı bu təşkilatı dəstəkləyən köşə yazan jurnalsitlər də var, silahla saxlanılanlar da. PKK terror təşkilatından polis ola bilərmi? Əl Qaidədən İŞİDistan ola bilərmi? Polisin işi təqsirkarları saxlayıb həbs etməkdir.
- Bu faktlar daha çox hücumlarla bağlıdır. Siz isə tənqidlərlə yaxşı bacaran lidersiniz. Terrorla bağlı nə söyləyə bilərsiniz?
- Tənqidlərə açığıq. Lakin təhqirlərə deyil. Bir jurnalist bir naziri, ailəsini, dövlət başçını və ya baş naziri təhqir edirsə bunun cəzasını almalıdır. Demokratiyaya təcavüz edilərsə məhkəmə bunun cəzasını verir.
- Türkiyədə, xüsusən də Mərkəzi Bankda Fətullah Gülənin təsiri olduğunu dilə gətirmişdiniz. Bu düzdürmü?
- Araşdıralardan sonra Türkiyənin Mərkəzi Bankında da FETÖ terror təşkilatı tərəfdarları olan şəxslər vəzifəsindən azad edilib. Belə ki, Mərkəzi Bank kimi əhəmiyyətli bir sahənin bunlardan təmizlənmsi lazım idi. Bu, çox doğru bir addımdır.
- Türkiyənin dövlət başçısı olaraq qalmağınız üçün bir neçə il qalıb. Daha sonra yenidən prezident seçilməyiniz üçün gücünüzü hüquq çərçivəsində artıra biləcəksinizmi?
- Hələ üç il var. Bilmək olmaz bu illər ərzində nələr baş verəcək. 15 iyul hadisələri zamanı terrorçular məni öldürə də bilərdi. Hələ zaman olduğu üçün ölkəmizə xidmət edəcəyəm.
1news.az