Rövnəq Abdullayev: SOCAR dollar istiqrazlarının ikinci emissiyasını həyata keçirə bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rövnəq Abdullayev: SOCAR dollar istiqrazlarının ikinci emissiyasını həyata keçirə bilər

14:48 - 23 / 09 / 2016
Rövnəq Abdullayev: SOCAR dollar istiqrazlarının ikinci emissiyasını həyata keçirə bilər

SOCAR şirkəti (ARDNŞ) 2016-cı ilin sonuna kimi daxili bazarda yerləşdirmək məqsədilə dollar istiqrazlarının ikinci emissiyasını həyata keçirə bilər.

1news.az-ın İnterfaks-Azərbaycan-a istinadla verdiyi xəbərə görə,            bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərə bildirib:

“SOCAR-ın dollar istiqrazlarının debüt buraxılışına maraq çox böyükdür. Düzdür, əhali hələlik bu kağızları hələ qiymətləndirir... Lakin biz inanırıq ki, onların yerləşdirilməsi uğurlu olacaq. Belə olacağı halda hətta bu il istiqrazların daha bir emissiyasını həyata keçirməyə hazırıq”.  

Bununla yanaşı, o istiqrazların mümkün ikinci emissiya həcmini dəqiqləşdirməyib.

“İstənilən halda ikinci istiqrazlar üzrə gəlilrlilk debüt buraxılışdan az olacaq. Çünki əhaliyə xarici valyutada depozitlər üzrə illik 3% gəlirliliklə faizlər təklif edən banklar üçün çətinliklər yaratmaq istəmirik”, - deyə şirkət rəhbəri əlavə edib.

R.Abdullayev vurğulayıb ki, daxili bazarda debüt istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait şirkətin öncə buraxdığı avrobondlar üzrə faizlərin ödənişinə yönəldilib.

Sentyabrın 20-dən etibarən SOCAR 5 il müddətinə $100 mln. məbləğində istiqrazın satışına başlayıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd istiqraza bölünüb. İstiqrazların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır.

İstiqrazlar üzrə illik gəlirlilik 5% təşkil edəcək.

Bu, SOCAR tərəfindən istiqrazların daxili bazarda ilk yerləşdirilmədir. Şirkət artıq avrobond buraxılışı üzrə təcrübəyə malikdir, yəni xarici bazarlarda 3 dəfə istiqraz yerləşdirib.

1news.az

Paylaş:
822

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər