“Azəravtoyol”ASC-nin yeni istehsalat bazası fəaliyyətə başlayıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azəravtoyol”ASC-nin yeni istehsalat bazası fəaliyyətə başlayıb – FOTO – VİDEO

17:22 - 23 / 09 / 2016
“Azəravtoyol”ASC-nin yeni istehsalat bazası fəaliyyətə başlayıb – FOTO – VİDEO

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yeni istehsalat bazası fəaliyyətə başlayıb.

1news.az-ın məlumatına görə, baza Bakı 2 nömrəli Yol İstismarı MMC-nin tərkibində yaradılıb.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun iştirakı ilə istehsalat bazasına baxış keçirilib.

Məlumat verilin ki, bazanın ərazisində qurulan asfalt-beton qarışığı istehsal edən Lintec-3000 zavodu Almaniya istehsalıdır və istehsal gücü saatda 240 tona bərabərdir. Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, 4 kilometrə yaxın yüksək təzyiqli qaz xətti çəkilib.

Bundan başqa, asfalt zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də qoyulub. Bitum çənlərindən 2-si xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt istehsalı üçün nəzərdə tutulub. Ərazidə asfalt-beton qarışığının istehsalı üçün kifayət qədər ehtiyat material da toplanıb.

İstehsalat bazasının ərazisində mini emulsiya istehsalı zavodu da fəaliyyət göstərir. Burada asfalt-beton örtüyünün döşənəcəyi sahəyə vurulması üçün nəzərdə tutulmuş xüsusi emulsiya istehsal olunur.

Ərazidə fəaliyyət göstərən laboratoriyada hazır asfalt-beton qarışığının, bitumun və bütün növ inert materiallarının keyfiyyətinə və möhkəmliyinə nəzarət etmək mümkündür. Bunun üçün laboratoriya Avropa istehsalı olan xüsusi avadanlıqlarla təchiz edilib.

İstehsalat bazasının ərazisində bütün yük maşınlarının yoxlanılması üçün kompyuterləşdirilmiş tərəzi də quraşdırılıb. Tərəzidə bir dəfəyə 80 ton yükü yoxlamaq mümkündür.

İstehsalat bazasında işçilərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb, otaqlar lazımi avadanlıqlarla təchiz edilib.

1news.az

Paylaş:
1040

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər