Moskvada anbarda baş verən güclü yanğında 8 FHN əməkdaşı ölüb – VİDEO
Ötən gün Moskvada plastik məhsulların olduğu anbarda güclü yanğın baş verib.
Yanğının qarşısını ancaq bu gün almaq mümkün olub. Yanğının söndürülməsinə ümumilikdə 160 FHN əməkdaşı və 46 texnika cəlb edilib. Yanğının yayıldığı ərazi 4 min kvadratmetri keçib. Dünən əlaqədən itən 8 yanğınsöndürənin isə bu gün meyitləri tapılıb.
Qeyd edilir ki, anbarda plastik materiallardan hazırlanmış güllər saxlanılıb.
Artıq yanğın təhlükəsizliyinin pozulması faktı ilə bağlı cinayət işi açılıb. Hazırda iki versiya üzərində dayanılıb: odla ehtiyatsız davranma və qısa qapanma.
RİA Novosti
1783