Hərbçilərin güləş üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Dünya

Hərbçilərin güləş üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib - FOTO

12:24 - 25 / 09 / 2016
Hərbçilərin güləş üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib - FOTO

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında təşkil edilən hərbçilərin güləş üzrə 31-ci dünya çempionatının bağlanış mərasimi keçirilib.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə CİSM-in nümayəndəsi polkovnik Nelson Lopezin çıxışından sonra Makedoniyanın Müdafiə naziri Zoran Jolevski yarışları bağlı elan edib.

35 ölkədən 300-dən çox idmançının iştirak etdiyi hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası ümumi hesabda 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.

1news.az

 

Paylaş:
845

Son xəbərlər

Bütün xəbərlər