Kapital Bank SIBOS-2016 Beynəlxalq Sərgisində iştirak edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank SIBOS-2016 Beynəlxalq Sərgisində iştirak edir

15:10 - 27 / 09 / 2016
Kapital Bank SIBOS-2016 Beynəlxalq Sərgisində iştirak edir

Kapital Bank 26-29 sentyabr tarixlərində Cenevrədə keçirilən ənənəvi SIBOS-2016 Beynəlxalq Sərgisində iştirak edir.

Hər il olduğu kimi, bu dəfə də Avropanın ən nüfuzlu sərgisində, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunurlar. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.

Mütəxəssislər son illərdə maliyyə sektorunda baş verən dəyişiklikləri, maliyyə xidmətləri sahəsində texnoloji meylləri, qlobal miqyasda ödəniş proseslərinin inkişafında innovasiyaların rolunu, biznes proseslərində risklərin minimum səviyyəyə endirilməsi istiqamətində yeni imkanları və digər məsələləri müzakirə edəcəklər.

“Bir neçə gün davam edəcək tədbirdə Amerika, Avropa və Asiyanın iri banklarının nümayəndələri ilə görüşlərimiz oldu. Həmkarlarımızla hazırki dünya maliyyə bazarının vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan Kapital Bank-ı dünya miqyasında tanıdacaq və strateji planlarımıza uyğun olaraq yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, Kapital Bank bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
749

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər