Türkiyədə terror aktı nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə terror aktı nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

17:02 - 09 / 10 / 2016
Türkiyədə terror aktı nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Türkiyənin Hakkari bölgəsinin Şemdinli ərazisindəki Şemdinli-Yüksekova yolunda yerləşən hərbi postun qarşısında ağır terror aktı törədilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, avtomobilə yüklənmiş partlayıcının işə salınması nəticəsində 10 əsgər və 8 mülki şəxs həlak olub, 26 nəfər yaralanıb.

Bu bölgədəki Çukurca rayonunda törədilmiş digər terror hücumunda daha bir əsgər həlak olub.

Bildirilir ki, Çukurcada keçirilən aniterror əməliyyatlarında 8 terrorçu zərərsizləşdirilib. Bundan başqa, ərazidəki mağaralardan birində 4 terrorçunun cəsədi aşkarlanıb.

Bölgədə havadan dəstəklənən geniş miqyaslı əməliyyatlar davam edir.

1news.az

Paylaş:
635

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər