ABŞ-da “Metyu” qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb
ABŞ-da təbii fəlakətin fəsadları artır.
1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.
Məlumata görə, qasırğa ilə bağlı 7 ölüm hadisəsi Şimali Karolina, 4 ölüm faktı Corciya ştatında qeydə alınıb. Daha 6 nəfər Floridada dünyasını dəyişib.
"Metyu" qasırğası Atlantik okeanında 2007-ci ildən indiyə kimi ən güclü təbii fəlakətdir.
ABŞ prezidenti Barak Obama oktyabrın 8-də telefon vasitəsilə Corciya, Cənubi Karolina, Şimali Karolina və Florida ştatlarının qubernatorları ilə əlaqə saxlayaraq bu bölgələrdə "Metyu" qasırğasının fəsadlarının aradan qaldırılmasına kömək göstərəcəyini vəd verib.
Qeyd edək ki, son məlumatlarda 14 nəfərin qasırğanın qurbanı olduğu bildirilirdi.
1news.az