Ankara: iğtişaşçılar daşladı, polis su fışqırtdı – FOTO – VİDEO
Türkiyənin paytaxtı Ankarada bir qrup vətəndaşla polis arasında qarşıdurma yaranıb, bir neçə nəfər saxlanılıb.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumatına əsasən, qarşıdurma 10 oktyabr 2015-ci il Ankarada baş verən terror aktının qurbanlarının anılmasına həsr olunmuş aksiya zamanı baş verib.
Polis Talatpaşa bulvarından İŞİD-in həyata keçirdiyi terror nəticəsində 102 nəfərin həlak olduğu və 391 nəfərin yaralandığı dəmiryolu vağzalınadək planlaşdırılmamış yürüşünün qarşısını alarkən çaxnaşma düşüb.
Polisin xəbərdarlıqlarına məhəl qoymayan aksiya iştirakçıları asayiş qoruyucularını daşlamağa başlayıblar.
Cavabında isə polis iğtişaşçılara qarşı su şırnağı və bibər qazı istifadə edib.
Bir müddətdən sonra hadisə yerinə kürdyönümlü Xalq Demokratlar Partiyasının (HDP) həmsədrləri Selahattin Demirtaş və Fiqen Yüksekdağ gəliblər.
1news.az