Putin İstanbula gəldi | 1news.az | Xəbərlər
Dünya

Putin İstanbula gəldi

16:08 - 10 / 10 / 2016
Putin İstanbula gəldi

Rusiya prezidenti Vladimir Putin İstanbula gəlib.

1news.az-ın Haberler-ə istinadən verdiyi məlumatına əsasən, burada o, Ümumdünya enerji forumunda çıxış edəcək.

Vladimir Putini İstanbul hava limanında şəhərin valisi Vasip Şahin qarşılayıb.

Qeyd edək ki, ikitərəfli münasibətlərdə yaxşılaşma müşahidə olunduqdan sonra 2 ölkənin prezidenti 60 gün ərzində 2 dəfə görüşüblər və 4 dəfə telefon əlaqəsi saxlayıblar.

İstanbulda Vladimir Putinin və Rəcəp Tayip Ərdoğanın görüşü planlaşdırılıb.

Prezidentlərin görüşündən sonra ikitərəfli sənədlərin imzalanması istisna olunmur.

1news.az

Paylaş:
631

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər