Yıldırım: Azərbaycanla birgə həyata keçirəcəyimiz TANAP layihəsi “Cənubi Qaz Dəhlizi”nin əsasını təşkil edəcək
Türkiyə sərfəli qiymətə, etibarlı və şaxələndirilmiş enerji təchizatı marşrutları daşıyacaq, bu haqda Türkiyənin baş naziri Binəli Yıldırım İstanbulda 23-cü Dünya Enerji Konqresində çıxışı zamanı bildirib.
Bunu nəzərə alaraq türkiyəli baş nazir Şərq-Qərb enerji dəhlizinin meqa layihələrinin əsas hissələri – Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumla bağlı müvəffəqiyyətli reallaşdırmanı təsdiq edib:
“Hazırki məqsədimiz – qısa zaman ərzində Trans-Anadolu (TANAP) və “Mavi axın” layihələrini həyata keçirməkdir. Bu, Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edəcək. “Cənubi Qaz Dəhlizi”nin əsasını TANAP təşkil edir. Biz bunu Azərbaycanla birgə həyata keçiririk”.
Onun sözərinə görə, hazırda qlobal energetika, enerji xəritəsində ciddi dəyişikliklər müşayiət olunur, bazarda yeni oyunçular meydana çıxır:
“İdmançıların öz şüarı var: tez, uca və güclü. Dünya energetikası ilə bağlı təxminən eyni şeyləri söyləmək olar – enerji təhlükəsizliyi, müxtəlifliyə giriş və sərfəli qiymət hər bir ölkə üçün vacib elementlərdən biridir”.
1news.az