Sabahdan “Bank Standard”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sabahdan “Bank Standard”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılacaq

21:14 - 10 / 10 / 2016
Sabahdan “Bank Standard”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, lisenziyası ləğv edilmiş “Bank Standard” Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə oktyabrın 11-dən saat 10:00-dan etibarən başlanılacaq.

1news.az-a Palatadan verilən xəbərə görə, “Bank Standard” KB-nin əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilkin mərhələdə 20 min ABŞ dollar məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.

Qorunan əmanətlər öz valyutasında ödəniləcək. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda, yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar “Əmanətlərin Sığortalanması haqqında” qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (04 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatda ödənilir. 

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq. Kompensasiyaların ödənişi “Bank Standard” KB-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçiriləcək.

“Bank Standard” KB-də qorunan əmanətlərin hamısı tam şəkildə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək. Əmanəti qorunan əmanətçilər 1 il ərzində istənilən vaxtı müraciət edərək kompensasiyalarını ala bilərlər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Bank Standard" kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilib.

"Bank Standard" KB Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Bu məqsədlə zəruri olan vəsaitlərin hökumət zəmanəti ilə Mərkəzi Bank tərəfindən Fonda ödənilməsi müvafiq orqanlarla razılaşdırılıb.

Mövzu ilə əlaqədar oxuyun:       

“Bank Standard”ın lisenziyası ləğv olunub

1news.az

Paylaş:
699

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər