Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb
İstanbulda Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə dövlətlərarası saziş imzalanıb.
Sazişi dövlər başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə Rusiyanın energetika naziri Aleksandr Novak və Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak imzalayıb.
Ehtimal edilir ki, ilk qaz xətti Türkiyə istifadəçiləri üçün nəzərdə tutulub. İkinci xətt isə Avropa bazarları üçün nəzərdə tutulsa da, bunun tikintisi Avropa İttifaqına lazımi zəmanətlərdən sonra baş tutacaq.
Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.
“Sazış Qara dənizin dibi ilə iki magistral boru kəmərinin inşasını nəzərdə tutur. Hər iki xəttin inşası 2019-cu ilin dekabrında başa çataq”,- deyə “Qazprom” şirkətinin prezidenti Aleksey Miller bəyan edib.
RİA Novosti