Hindistanda gənc oğlan quyruqsuz qaldı | 1news.az | Xəbərlər
Dünya

Hindistanda gənc oğlan quyruqsuz qaldı

11:16 - 10 / 10 / 2016
Hindistanda gənc oğlan quyruqsuz qaldı

Hindistanın Maharaştra ştatında yerləşən Naqpur şəhərinin 18 yaşlı sakini qeyri-adi əməliyyat keçirib.

1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, həkimlər gəncin 20 santimetr uzunluğunda quyruğunu kəsiblər.

Quyruq onurğanın aşağı hissəsindən uzanıbmış.

Bu anomaliya gəncin 15 yaşı olanda təsbit edilmişdi. Bu vaxtadək gənc və onun valideynləri məsğərə obyektinə çevrilmək qorxusundan bu anomaliyanı gizlədirmişlər.

Lakin gəncin yaşı artdıqca quyruq uzanır və hərəkət etməyə mane olurmuş.

Bundan əlavə quyruqda sümük də formalaşmağa başlayırmış.

Qeyd edək ki, bu tibbdə nadir rast gəlinən fenomendir, kəsilən quyruq isə indiyədək ən uzun insan quyruğu sayılır.

1news.az

Paylaş:
599

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər