AZAL Londona müntəzəm reyslərin sayını artırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Londona müntəzəm reyslərin sayını artırır

16:23 - 11 / 10 / 2016
AZAL Londona müntəzəm reyslərin sayını artırır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) qış cədvəlinin qüvvəyə minməsi ilə əlaqədar Bakıdan Londona müntəzəm reyslərin sayını artırır.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti verilən xəbərə görə, hazırda aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanından Britaniya paytaxtının əsas hava limanı - Hitrou aeroportuna həftədə beş reys həyata keçirir. Oktyabrın 30-dan başlayaraq uçuşlar hər gün həyata keçiriləcək.

Şənbə günləri Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 18:25-də, Hitrou Beynəlxalq Hava Limanına çatma isə yerli vaxtla saat 20:25-də olacaq. Londondan uçuş yerli vaxtla saat 21:50-də, Bakıya gəlmə isə Bakı vaxtı ilə saat 07:20-də olacaq. Qalan bütün günlər üzrə Bakıdan uçuş saatı 19:05-də, Londona gəlmə saat 21:05-də, Londondan uçuş saatı 22:05-də, Bakıya gəlmə isə saat 07:35-də olacaq.

Qeyd edək ki, Londona reyslər üç sinifli – ekonom, Comfort-klub və VIP-klub – salonlarla təchiz edilmiş müasir “Boeing-787 Dreamliner” təyyarəsində həyata keçirilir.

Biletləri AZAL-ın kassalarında almaq və şirkətin www.azal.az saytında bron etməklə əldə etmək olar. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür. Proqram barəsində informasiyanı https://www.azal.az/az/azal-miles/miles-programme  istinadı üzrə əldə etmək olar.

Hələ də proqramın iştirakçısı olmayanlar üçün  http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az istinadı üzrə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlətin əldə edilməsi məsələləri üzrə və ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrəsinə müraciət etmək lazımdır:

(+99412) 598-88-80;

*8880.

E-mail: [email protected]

1news.az

Paylaş:
619

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər