Bu maşınlar 15 ildir cərimə meydançasındadır - Sahibləri gəlmir ki, gəlmir... | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu maşınlar 15 ildir cərimə meydançasındadır - Sahibləri gəlmir ki, gəlmir...

17:34 - 11 / 10 / 2016
Bu maşınlar 15 ildir cərimə meydançasındadır - Sahibləri gəlmir ki, gəlmir...

Dövlət Yol Polisinin cərimə meydançalarında bəzi maşınlar var ki, uzun müddətdir əl dəymədən orada saxlanılır.

1news.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev modern.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hətta 10-15 ildir cərimə meydançasında “yatan” avtomobillər var. O deyib ki, belə maşınların sahiblərinə avtomobillərini gəlib cərimə meydançasından götürmələri barədə dəfələrlə məktub göndərilib:

“Cərimə meydançalarında elə maşınlar var ki, neçə illərdir yağışın, qarın, günəşin altında qalaraq, tamamilə yararsız vəziyyətə düşüb. İstifadəyə yararlı ehtiyat hissələri belə, qalmayıb. Bununla yanaşı, avtomobil sahiblərinə, dünyasını dəyişmiş şəxslərin ailə üzvlərinə dəfələrlə məlumat verilib. Gəlib ən azı dövlət qeydiyyat nişanını və sahiblik hüququnu təsdiq edən sənədlərlə çıxarış etmirlər ki, cərimə meydançalarını həmin maşınlardan təmizləmək mümkün olsun”.

K.Əliyevin bildirdiyinə görə, belə avtomobillərin sahibləri yanğınla və ya başqa hadisələrlə bağlı məlumat əldə edən kimi tez qaçıb gəlirlər.

“Çünki fikirləşirlər ki, həmin avtomobilə də hansısa zərər dəyə bilər və bu halda onlar ziyanın ödənilməsi ilə bağlı vəsatət qaldırarlar. Hansı ki, o avtomobillər heç ələ gəlinəsi deyil, tamamilə çürüyüblər”.

K.Əliyev söyləyib ki, avtomobilini cərimə meydançasından götürmək və ehtiyat hissələrini satmaq istəyən şəxslərdən də müraciət edənlər olur:

“Elə adamlar var ki, yol qızasından 3-5 ay sonra cərimə meydançasına qoyulan avtomobili və ya ehtiyat hissələrini satmaq istəyir. Bunun üçün çıxdaş edib, dövlət qeydiyyat nişanını təhvil vermək lazımdır. Daha sonra isə istifadəyə yararlı ehtiyat hissələrinin satılması üçün DYP tərəfindən maşın sahibinə arayış verilməlidir. Maşın sahibi isə həmin arayışı aldıqdan sonra həmin ehtiyat hissələrini kimə istəsə, sata bilər”.

Şöbə rəisinin sözlərinə görə, cərimə meydançasında saxlanılmış maşınlar məhkəmənin qərarı ilə hərraca çıxarıla bilər:

“Əgər avtomobil sahibinin banka və digər şəxsə borcu varsa, bu borc məcburi icraya yönəldilsə, maşına həbs qoyula və ya hərraca çıxarıla bilər. Bununla bağlı məhkəmənin qərarı olmalıdır”.

1news.az

Paylaş:
367

Son xəbərlər

Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24
Bütün xəbərlər