İlham Əliyev İspaniya kralını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İspaniya kralını təbrik edib

18:18 - 11 / 10 / 2016
İlham Əliyev İspaniya kralını təbrik edib

Prezident İlham Əliyev İspaniyanın kralı VI Felipeyə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim sülh və rifah arzulayıram”.

1news.az

 

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər