Siyəzənin təbii qaz təchizatı məhdudlaşdırılacaq
Oktyabrın 12-də Siyəzən rayonunun təbii qaz təchizatı məhdudlaşdırılacaq.
1news.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat veriblər.
MÇəlumata görə, sabah saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu”, “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam” ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Siyəzən rayonunun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
1news.az
605