Rusiyadan Azərbaycana telefon keçirmək istəyən şəxs saxlanılıb

Qanunsuz yolla Rusiyadan Azərbaycana telefon keçirmək istəyən şəxs saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsndən məlumat veriblər.
Məlumata görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində gömrük yoxlaması aparılıb.
Yoxlama zamanı həmin şəxsin əynindəki pencəyin ciblərindən 8 ədəd “Samsung Galaxy Grand Prime” markalı mobil telefon, 8 ədəd qidalandırıcı element və 8 ədəd adapter başlığı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az
544