On bankın qorunan əmanətçilərinə 272 milyon manatdan artıq kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu (ADIF) oktyabrın 11-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 802 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 50 milyon 853 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 17 milyon 184 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə 2 milyon 836 min manatdan artıq kompensasiya ödənilib.
1news.az-a Fond-dan verilən xəbərə görə, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 103 milyon 677 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 15 milyon 646 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 13 milyon 830 min manatı "Atrabank"ın, 1 milyon 816 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 955 min 721 manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 974 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 021 min manatdan çoxdur.
Eyni zamanda, sentyabrın 11-dən etibarən Əmanətlərin Sığortalanması Fondu QSC "Bank Standard" Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 8 milyon 230 min manat artıq kompensasiya ödənilib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 272 milyon 577 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
1news.az