Ölkəmizdə fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 33 min nəfəri keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkəmizdə fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 33 min nəfəri keçib

14:41 - 12 / 10 / 2016
Ölkəmizdə fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 33 min nəfəri keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi ölkəmizdə işləyən, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən  əcnəbilərin də fərdi şəxsi hesaba malik olmalarına imkan yaradır. 

1news.az-ın məlumatına görə, sistemdə qeydiyyatda olan əcnəbilərin sayı cari ilin sentyabr ayında 274 nəfər, yanvar-sentyabr aylarında isə 5 248 nəfər artıb. Bu ilin 01 oktyabr tarixinə fərdi uçot sisteminin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı 33 110 nəfər təşkil edib ki, onlardan 88,3 faizi kişilər, digərləri qadınlardır.  

Nazirlikdən verilən məlumata görə, hazırda fərdi uçot sistemində ümumilikdə 120 ölkənin vətəndaşları qeydiyyatdadır. Onların sırasında daha yüksək say göstəricisinə görə ilk yerləri Тürkiyə (15 387 nəfər), Gürcüstan (3 222 nəfər) və Rusiya (1 901 nəfər) vətəndaşları tutur. Sistemdə həmçinin Özbəkistan (1756 nəfər), Hindistan (1409 nəfər), İran (1 033 nəfər), Çin (910 nəfər), Banqladeş (833 nəfər),  Pakistan (695 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (650 nəfər), Ukrayna (544 nəfər), Türkmənistan (317 nəfər), Filippin (297 nəfər), ABŞ (283), Almaniya (266), Qazaxıstan (250), İtaliya (213)  və s. ölkələrin də vətəndaşları fərdi şəxsi hesaba malikdirlər. 

Əcnəbilərin məcburi dövlət sosial sığorta haqqına cəlb olunaraq fərdi şəxsi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradılması həmin insanların gələcəkdə pensiya və digər sosial təminat hüquqlarına malik olmalarına əsas formalaşdırır.

1news.az

Paylaş:
388

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər