Neft Fondunun aktivləri ilin əvvəlinə nisbətən 6,7 faiz artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft Fondunun aktivləri ilin əvvəlinə nisbətən 6,7 faiz artıb

17:07 - 12 / 10 / 2016
Neft Fondunun aktivləri ilin əvvəlinə nisbətən 6,7 faiz artıb

İlin sonuna kimi Dövlət Neft Fondunun (ARDNF) aktivləri stabil səviyyədə olacaq.

1news.az xəbər verir ki, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Qeyd olunub ki, bu il oktyabrın 1-nə Dövlət Neft Fondunun aktivləri cari ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 6,7 faiz artaraq 35 milyard 822,1 milyon ABŞ dollarına bərabər olub.

O qeyd edib ki, bu vəsaitin valyuta ifadəsində 33 milyard 949,6 milyon ABŞ dolları investisiya portfelinin, 1 milyard 872,5 milyon ABŞ dolları isə manat hesabının payına düşür.

1news.az

 

Paylaş:
875

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər