Gələn il regionlarda 10 xalça istehsalı müəssisəsi yaradılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gələn il regionlarda 10 xalça istehsalı müəssisəsi yaradılacaq

15:04 - 13 / 10 / 2016
Gələn il regionlarda 10 xalça istehsalı müəssisəsi yaradılacaq

Gələn ilin birinci yarısında regionlarda yeni xalça istehsalı müəssisələri yaradılacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə bu gün İqtisadiyyat Nazirliyində keçirilmiş geniş kollegiya iclasında məlumat verilib.

İclasda qeyd edilib ki, ölkəmizdə ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə gələn ilin birinci yarısında regionlarda 10 xalça istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur.

Artıq layihəsinin hazırlanması başa çatdırılmış “Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafına əlavə stimul verəcək.

1news.az

 

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər