Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb – FOTO

16:26 - 13 / 10 / 2016
Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb – FOTO

Külli miqdarda pul vəsaitini ölkədən çıxarmaq istəyən şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Muxtarov Qadir Maarif  oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə  idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 (səkkiz yüz min) ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı  araşdırma aparılır.

1news.az

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər