7 rayon və şəhərdə səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

7 rayon və şəhərdə səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək

17:08 - 13 / 10 / 2016
7 rayon və şəhərdə səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Bu ay 7 rayon və şəhərdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək.

1news.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada tərəfindən göstəriləcək xidmətlər Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul və Şirvan rayonlarını əhatə edəcək.

Belə ki, oktyabrın 25-də saat 9.00-dan 13.00-dək Füzulu rayon mərkəzi xəstəxanasında və saat 14:00-dan 18:00-dək Beyləqan rayon mərkəzi xəstəxanasında, oktyabrın 26-da saat 9:00-dan 13:00-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İmişli rayon şöbəsinin inzibati binasında və saat 14:00-dan 18:00-dək Saatlı rayon şöbəsinin inzibati binasında qeyd olunan şəxslər protez-ortopedik bərpa xidmətləri ilə təmin olunacaqlar.

Səyyar formada protez-ortopedik bərpa xidməti oktyabrın 27-də saat 9:00-dan 13:00-dək Sabirabad rayon mərkəzi xəstəxanasında, saat 14:00-dan 18:00-dək Nazirlik yanında DSMF-nin Hacıqabul rayon şöbəsinin inzibati binasında, oktyabrın 28-də  saat 9:00-dan 14:00-dək isə Şirvan şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzində davam etdiriləcək. 

Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyatı aparılmış vətəndaşlarla yanaşı, qeyd olunan vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən digər müvafiq şəxslərə ehtiyac duyduqları protez-ortopedik bərpa xidmətləri göstəriləcək.

1news.az

Paylaş:
472

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər