Cibindəki psixotrop maddəni yerə atmaqla məsuliyyətdən yayınmaq istədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Cibindəki psixotrop maddəni yerə atmaqla məsuliyyətdən yayınmaq istədi

17:42 - 13 / 10 / 2016
Cibindəki psixotrop maddəni yerə atmaqla məsuliyyətdən yayınmaq istədi

Sərhəddən psixotrop maddə keçirmək istəyən İran vətəndaşı saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Biləsuvar Gömrük İdarəsinin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Iveco” markalı yük avtomobili ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

İdarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın fürsətdən istifadə edərək şalvarının cibindən çıxararaq yerə atdığı  plastmas borucuğun içindəki bir ədəd bükümdə, xalis çəkisi 0,335 qram olan metamfetamin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər