Murad Dadaşov: “Televiziya tariximizdə baş tutacaq yeni partlayışa hazır olun”
Tanınmış aparıcı və şoumen Murad Dadaşovun rəhbəri olduğu “MGP” (“M Group Production”) şirkəti ilə dünya şöhrətli “Endomol Shine Group” arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
1news.az xəbər verir ki, bu barədə əməkdar artist şəxsi Facebook səhifəsində məlumat verib:
“2003-cü ildən etibarən “MGP” (“M Group Production”) fəaliyyətini izləyənlər ölkə teleməkanında ən böyük layihələrin ilk və uğurlu təşkilatçısı olduğumuzu bilirlər. Və yenə də bizə yaraşanı etdik! Televiziya mövsümünü çox əlamətdar hadisə ilə açırıq!
Uzun sürən görüşmələr və danışıqların nəticəsində dünya şöhrətli “Endomol Shine Group” ilə çoxdan gözlənilən müqavilənin rəsmən imzalandığını bəyan edirik”.
Qeyd edək ki, “Endemol Shine Group” tərkibində bir neçə böyük media şirkətini birləşdirən televiziya nəhəngidir. Dünya arenasında 100-lərlə ekran vərdişi yaradan layihələri sayəsində reytinq ovçusu adını almış “Endemol Shine Group”un Azərbaycanda bundan sonra rəsmi təmsilçisi “MGP” (“M Group production”) şirkətidir.
“Qarşıda “Endomol Shine Group”la bizi uzun illərin çoxdanışılacaq layihələri gözləyir. Bərabərliyimizə vasitəçi olan “WeiT Media”, onun rəhbəri, dostum Timur Vaynşteyn, baş produseri Yulia Sumaçeva və digər partnyorlarımıza dərin təşəkkürümüzü bildiririk.
Televiziya tariximizdə baş tutacaq yeni partlayışa hazır olun! Artıq, “Endomol Shine Group” ilə bərabər, daha güvənlə addımlayırıq!”- deyə, M.Dadaşov qeyd edib.
1news.az