“SOCAR-AQŞ” BANM-ın tələbəsinə təqaüd ayırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“SOCAR-AQŞ” BANM-ın tələbəsinə təqaüd ayırdı

12:19 - 14 / 10 / 2016
“SOCAR-AQŞ” BANM-ın tələbəsinə təqaüd ayırdı

Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan V kurs tələbəsi  İbrahim Məmmədov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş tələbələr arasından  seçilərək "SOCAR-AQŞ" şirkətinin Tələbə Təqaüdü proqramının 2016/2017-ci tədris ili üzrə təqaüdünü qazanıb.

1news.az-BANM-dan verilən xəbərə görə, "SOCAR-AQŞ" şirkətinin nümayəndələri tərəfindən keçirilən müsahibədə uğur qazanan İbrahim Məmmədov bu tədris ili ərzində  şirkətin təqaüdünü alacaq.

Qeyd edək ki, Məmmədov İbrahim Vilayət oğlu 1995-ci ildə Tovuzda anadan olub. O, orta təhsilini Tovuzun Əlimərdanlı kəndindəki orta məktəbdə alıb. 2012-ci ildə 636 balla BANM-in “Neft qaz mühəndisliyi” ixtisasına daxil olub. İbrahim Məmmədov həmçinin BP-də yay məktəbində olub.  2015-ci ildə o, AZERCELL şirkəti tərəfindən tələbə təqaüdünə də layiq görülüb.

Xatırladaq ki, keçən il də "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Eltun Sadıqov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş beş tələbə arasından seçilərək "SOCAR-AQŞ" şirkətinin təqaüdünü qazanmışdı.

1news.az

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər