Mikayıl Cabbarov: “Qəbul imtahanlarında yüksək bal toplayan məzunların sayı artıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov: “Qəbul imtahanlarında yüksək bal toplayan məzunların sayı artıb”

12:56 - 14 / 10 / 2016
Mikayıl Cabbarov: “Qəbul imtahanlarında yüksək bal toplayan məzunların sayı artıb”

Son 3 ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında 500-dən çox bal yığan məzunların sayı 19%, 600-dən çox bal yığanların sayı isə 30% artıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində bildirib ki, 2012-ci ilin buraxılış imtahanlarında şagirdlərin 50%-i müsbət qiymət alırdısa, 2016-cı ildə bu göstərici 67% təşkil edib.

Nazir vurğulayıb ki, əgər hər bir sinifdə 3 şagirddən biri uğurla buraxılış imtahanından keçirdisə, bu il 3 şagirddən ikisi yaxşı nəticə əldə edib:

“Amma biz təhsil sisteminin fəaliyyəti və keyfiyyəti yalnız buraxılış imtahanlarında əldə edilən nəticələrlə ölçmək istəmirik. Hər bir təhsil müəssisəsinin gücü orada çalışan müəllimlərin gücü ilə ölçülür”.

M.Cabbarov çıxışında müəllimlərin fəaliyyətinə də toxunub. Qeyd olunub ki, son illər təhsil sahəsində əldə edilən uğurlarda müəllimlərin danılmaz və aparıcı rolu var:

“Təhsil sisteminin gücü, bu sahəyə ayrılan diqqət, bu işə resursların yönəldilməsi və digər səbəblər bizim üçün imkan verir ki, gələcək fəaliyyətdə daha yüksək nəticələrə nail olaq”.

Bu gün 60 minə yaxın müəllimin yeni sistem əsasında fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir bildirib ki, müəllimlər artıq bu ildən yeni dərs yükü və əmək haqqı sistemi üzrə çalışırlar. Onun sözlərinə görə, 2017-ci ildə də bu proses davam etdiriləcək. M.Cabbarov vurğulayıb ki, gələn il yeni əmək haqqı və dərs yükü ilə əhatə olunan müəllimlərin sayı 100 minə çatdırılacaq.

Təhsil naziri vurğulayıb ki, müəllim olmaq hər bir dövrdə çətin bir vəzifə olub, yaşadığımız dövr müəllim peşəsinin daşıyıcıları üçün daha önəmli və məsuliyyətlidir: “Müəllim sinif otağında, ali məktəb auditoriyasında yeganə bilik mənbəyi deyil. Məlumatın çox qısa və asan şəkildə əldə edilməsi imkanlarının çoxluğu müəllimin, tədris sistemində işləyənlərin fəaliyyətinin diqqət mərkəzində olması imkanlarını xeyli dəyişdirib. Biz əminliklə deyə bilərik ki, təhsil sistemində çalışan müəllimlər bir tərəfdən bu günün tələblərini yaxşı anlayır, digər tərəfdən isə qarşıda duran məsələlərin həlli üçün lazımlı gücə malikdir”.

1news.az

Paylaş:
605

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər