“Sədərək” divarı söküb mağazadan oğurluq ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sədərək” divarı söküb mağazadan oğurluq ediblər

13:37 - 15 / 10 / 2016
“Sədərək” divarı söküb mağazadan oğurluq ediblər

“Sədərək” Ticarət Mərkəzində qeyri-adi oğurluq olub.

1news.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 14-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində qəsəbə sakini Seymur Şirinova məxsus mağazadan divarı sökməklə geyim əşyaları oğurlanıb.

Baş Mühafizə İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Aqşin Tahirov tutulub.

Ondan kustar üsulla hazırlanmış bıçaq götürülüb.

1news.az

Paylaş:
839

Son xəbərlər

Bütün xəbərlər