Ümumi Daxili Məhsul istehsalının həcmi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ümumi Daxili Məhsul istehsalının həcmi açıqlanıb

19:38 - 17 / 10 / 2016
Ümumi Daxili Məhsul istehsalının həcmi açıqlanıb

Cari ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 43436,3 milyon manat və ya əhalinin hər nəfərinə 4512,5 manat dəyərində ümumi daxili məhsul istehsal edilib. 

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Məlumata görə, ümumi daxili məhsulun 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 34,3 faizi isə neft-qaz sektorunda istehsal edilib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,4 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1,8 faiz, sənayedə 1,0 faiz artmış, tikintidə 32,0 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,2 faiz, iqtisadiyyatın digər sahələrində isə 2,5 faiz azalıb.

Tikinti sektorunda istehsalın azalması cari ilin yanvar-sentyabrında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrünə nisbətən 3,9 faiz azalmasına təsir edən əsas amil olub.

1news.az

Paylaş:
998

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər