“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İlham Əliyevi təbrik edib
“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
İcazə verin, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından, şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırım.
Müstəqillik Günü cəmiyyətdə birlik, sülh və sabitlik rəmzi, Azərbaycan xalqının öz tarixi ənənələrinə sadiqliyinin, həmrəyliyinin və öz dövlətinin dirçəldilməsinə və möhkəmləndirilməsinə yönəlmiş iradəsinin ən parlaq sübutudur.
Möhtərəm İlham Heydər oğlu, bu təntənəli gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına səadət, rifah və firavanlıq diləyirik”.
1news.az