Dəmir yolu və dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi azalıb
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən bu ilin yanvar-sentyabr aylarında 164,4 milyon ton yük və 1406,1 milyon sərnişin daşınıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.
Məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz azalıb, sərnişin daşınması isə 1,9 faiz artıb.
Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.
Yüklərin 63,8 faizi avtomobil, 27,0 faizi boru kəməri, 6,7 faizi dəmir yolu, 2,4 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 88,6 faizi avtomobil, 11,2 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
1news.az