Yardımlı, Saatlı və Tərtər rayonlarının daha 5 kəndinə təbii qaz verilib
Oktyabrın 18-də Yardımlı, Saatlı və Tərtər rayonlarının daha 5 kəndinə təbii qaz verilib.
1news.az-ın məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yardımlı rayonunda keçirilən tədbirdə bildirilib ki, 246 abonenti olan Vərgədüz kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 166 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tərtər rayonunun ümumilikdə 506 abonenti olan Azad Qaraqoyunlu və Təzəkənd 2 kəndlərinin qazlaşdırılması ilə əlaqədar keçirilən mərasimdə qeyd olunub ki, bu məqsədlə 53497 metr uzunluğunda müxtəlif diametrli pilietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Həmin gün Saatlı rayonunun Əbilkənd və Cəfərxan kəndlərinə də təbii qazın verilişi təmin edilib. Bu münasibətlə keçirilmiş tədbirdə vurğulanıb ki, ümumilikdə 297 abonenti olan kəndlərin qazlaşdırılması zamanı 16646 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib, bütün mənzillərdə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
1news.az