İlham Əliyev Türkiyə tərəfindən vurulan Su-24 barədə: burada xarici təxribat oldu | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Türkiyə tərəfindən vurulan Su-24 barədə: burada xarici təxribat oldu

12:10 - 18 / 10 / 2016
İlham Əliyev Türkiyə tərəfindən vurulan Su-24 barədə: burada xarici təxribat oldu

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə tərəfindən vurulan Rusiyanın Su-24 hərbi təyyarəsi bağlı insidentdə Moskva və Ankaranın yaxınlaşmasını narahatla izləyən güclərin təxribatının olduğunda əminliyini bildirib.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumatına əsasən, dövlət başçısı iki ölkə arasında münasibətlərin normallaşmasını ədalətin bərqərar olması, bu faciəvi anlaşılmazlığın aradan qaldırılması kimi qiymətləndirib.

“Böyük ehtimalla bu hadisənin səbəbləri araşdırılacaq. Bildiyimə görə, artıq araşdırılıb. Əlimizdə olan məlumatlara əsasən, burada Moskva və Ankaranın yaxınlaşmasını narahatla izləyən güclərin təxribatı olmadan ötüşməyib. Sadəcə olaraq, müəyyən obyektiv müşahidələr əsasında bunu belə qiymətləndirirəm”, - deyə Azərbaycan Prezidenti RİA Novosti-yə müsahibsəində bildirib.

Bunun xarici təxribat olub-olmadığı ilə bağlı suala isə dövlət başçısı “Bu amili istisna etmək olmaz” cavabı verib.

“Hər-halda, bu hadisə baş verəndə, birinci ağlımıza gələn o oldu ki, bunu istisna etmək olmaz. Çünki bu tamamilə Türkiyənin maraqlarına zidd idi. Və kiminsə bilərəkdən bu addımı atacağı ağlımızın ucundan belə keçməmişdi.

Əlbəttə ki, belə faciəvi hadisədən sonra emosiyalar önə çıxdı, və müəyyən mənada vəziyyəti mürəkkəbləşdirdi, və nə baş verdiyini ayırd etmək çətin idi. Sonra isə emosiya emosiya dalınca gəlirdi, hər sözə cavab verilirdi, və bu tendensiya dayandırılmalı idi. Artıq o dayandırılıb. Hal-hazırda araşdırmaq lazımdır. Mən düşünürəm, demək olar tam əminəm ki, təxribatsız ötüşməyib. Çünki Rusiya və Türkiyə arasında münasibətlərin ruhu və xüsusiyyəti Rusiyanın hərbi aviyasiyasının uçuşlarına belə reaksiya üçün zəmin yaratmırdı”, - deyə Prezident İlham Əliyev qeyd edib.

1news.az

Paylaş:
686

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər