Bakıda qəribə hadisə: 21 yaşlı qadın boşandığı ərinə qoşulub qaçdı
Oktyabrın 16-da Sabunçu rayonunda 21 yaşlı qadın naməlum şəraitdə itkin düşüb.
1news.az sputnik.az-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Sabunçu rayon sakini tərəfindən Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə daxil olub.
Kişi ərizədə qeyd edib ki, 1995-ci il təvəllüdlü qızı Könül bazar günü saat 11:30 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, qızının gənc bir oğlan tərəfindən qaçırılmasından şübhələndiyini, lakin onunb kim olduğunu bilmədiyini deyib.
Hüquq-mühafizə orqanlarının apardığı ilkin araşdırma zamanı məlum olub ki, Könül Həsənova atasının evindən keçmiş həyat yoldaşı - Şəki rayon sakini Səlimov Seyid İlqar oğluna qoşulub qaçıb.
Qadın öz istəyi ilə qoşulub qaçdığı üçün oğlan cinayət məsuliyyətinə cəlb edilməyib.
1news.az