Hillari Klinton lüt heykəllə təhqir edildi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Hillari Klinton lüt heykəllə təhqir edildi - FOTO

12:30 - 19 / 10 / 2016
Hillari Klinton lüt heykəllə təhqir edildi - FOTO

Nyu York şəhərində bir metronun çıxışına Amerika prezidentliyinə namizəd Hillari Klintonun karikatura formasındakı lüt heykəli qoyulub.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, H.Klintonun bir qadın tərəfdarı gördüyü mənzərə qarşısında bərk əsəbiləşib və heykəli aşıraraq sındırıb.

Bundan sonra H.Klintonun tərəfdarları və heykəli qoyanlar arasında mübahisə düşüb. Hadisə yerinə gələn polislər heykəli götürərək mübahisəyə son qoyublar.

Heykəlin Hillarinin rəqibi Donald Trampın tərəfdarları tərəfindən qoyulduğu ehtimal edilir.

Qeyd edək ki, avqust ayında ABŞ-ın bir neçə ştatında D.Trampın da heykəlləri qoyulmuşdu.

1news.az

Paylaş:
878

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər