Dəmiryolu işçisi öz həyatını təhlükəyə ataraq velosipedçini xilas etdi – VİDEO
Dəmiryolu işçisi öz həyatını təhlükəyə ataraq qatarın yoluna çıxmış, heç nədən xəbəri olmayan velosipedçinin həyatını xilas edib.
1news.az-ın Mirror-a istinadən verdiyi məlumatına əsasən, velosipedçi dəmiryoluna çıxaraq dayanır və bir müddət keçdikdən sonra velosipedini qırağa atır.
Ayaq üstə dura bilməyən bu insanın dəm olduğu ehtimal olunur.
Şəxs arxadan böyük sürətlə gələn qatardan xəbərsiz olduğu anlaşılır.
Onun dəmiryolu üstündə dayandığını görən 2 dəmiryolu işçisi şəxsi səsləməyə çalışırlar.
Lakin o, onları eşitmir.
Bu zaman işçilərdən biri, sözün əsl mənasında öz həyatını təhlükəyə ataraq, velosipedçinin son saniyədə dəhşətli ölümdən xilas edir.
Burada qeyd etdiyimiz son an, hiperbola məqsədi daşımır. Videonu izləyənlər onların ikisinidə ölümdən saniyədən belə az vaxtın ayırdığının şahidi olarlar.
Qeyd etmək lazımdır ki, şəxsiyyəti hələ ki müəyyən olunmayan bu, sözün əsl mənasında, qəhrəman işçini həm KİV-lər, həm də qatarın maşinisti, təşəkkür bildirmək üçün axtarırlar.
1news.az