Tramp prezident məvacibindən imtina edib | 1news.az | Xəbərlər
Dünya

Tramp prezident məvacibindən imtina edib

09:16 - 14 / 11 / 2016
Tramp prezident məvacibindən imtina edib

ABŞ-ın yeni dövlət başçısı seçilən milyardçı Donald Tramp prezident məvacibindən imtina edib.

"Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm", - deyə D.Tramp bildirib.

Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır. “Forbs” jurnalına görə, Donald Trampın sərvətinin 3,7 milyard dollar dəyərində olduğu təxmin edilir.

RİA Novosti

 

Paylaş:
779

Son xəbərlər

Bütün xəbərlər