Rusiya İrana 10 milyard dollarlıq silah satmağa hazırlaşır | 1news.az | Xəbərlər
Dünya

Rusiya İrana 10 milyard dollarlıq silah satmağa hazırlaşır

18:03 - 15 / 11 / 2016
Rusiya İrana 10 milyard dollarlıq silah satmağa hazırlaşır

The Telegraph" yazır ki, Rusiya hazırda Tehranla İrana 10 milyard dollarlıq silah satışı sazişinə dair danışqılardadır.

1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, məqalədə deyilir ki, bu sazişə görə Moskva İran İslam Respublikasına təkmil tanklar, artilleriya sistemləri, təyyarə və helikopterlər satacaq.

Qəzetin Moskva müxbiri Roland Oliphant yazır ki, bu danışıqlar Rusiyanın Yaxın Şərq boyunca öz nüfuz dairəsini genişləndirməyə çalışdığı bir vaxtda baş verir.

Məqalədə deyilir ki, Rusiya Federasiya Şurasının təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Viktor Ozerovun dediyinə görə danışıqlar hazırda davam edir və razılaşma üçün yaxşı zəmin hazırlanıb.

Ozerov sazişin təfərrüatlarına varmasa da, deyib ki, satılan silahların arasında Rusiyanın T-90 tankları da olacaq.

"The Telegraph" yazır ki, İranla Qərb arasında tarixi nüvə razılaşmasının ardınca Tehran üzərindən bir sıra beynəlxalq embarqolar qaldırılıb, lakin 2020-ci ilədək İrana satılacaq adi silahlar barədə bütün sazişlər BMT tərəfindən təsdiq edilməlidir.

Məqalədə deyilir ki, bu, İranla bütün silah sazişlərinin icrasını əngəlləyə bilər.

Elə Ozerovun özü də etiraf edib ki, ABŞ və onun müttəfiqləri bu silahların İrana çatdırılmasını bloklayacaqlar, lakin Rusiya bu istiqamətdə danışıqları davam etdirəcək.

Qəzet xatırladır ki, bundan əvvəl Rusiya İrana çoxdan vəd etdiyi S-300 raketdən müdafiə sistemini çatdırmışdı.

Moskva S-300 sistemini İrana hələ 2007-ci ildə verməliydi, lakin 2010-cu ildə Qərbin təzyiqi bu göndərişi dayandırmışdı.

Amma İranla dünyanın 6 gücü arasında keçid sazişi imzalandıqdan sonra prezident Putin S-300 sisteminin İrana göndərilməsinə sərəncam vermişdi.

S-300 sisteminin ilk dəstləri Tehrana ötən avqustda təqdim olunub və Ozerovun dediyinə görə bu silahın bütün komponentləri bu ilin sonunadək İrana çatdırılacaq.

Rusiya valyuta əldə etmək üçün silah satışına ciddi diqqət verir.

1news.az

Paylaş:
483

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər