Başına 1,5 milyon dollar qoyulan terrorçu öldürülüb – FOTO
Noyabrın 7-də Türkiyənin Tuceli vilayətində Bali dərəsində PKK-ya qarşı keçirilən hava dəstəkli əməliyyatda öldürülən 14 terrorçu arasında təşkilatın önəmli şəxslərindən biri də olub.
1news.az-ın Haberturk-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan “Mavi siyahı”da başına 1,5 milyon dollar qoyulan, kod adı “Agit Amed” Umut Hocaoğlunun da olduğu bildirilir.
34 yaşlı terrorçu Tuncelidə son zamanlar baş verən bir çox partlayışın təşkilatçısı olub.
1news.az
654